| Dj_Ice | Дата: Вторник, 25.12.2012, 14:59 | Сообщение # 1 |
|
Полковник
Группа: Администраторы
Сообщений: 166
Статус: Offline
| Təcrübəli mütəxəssis O hər yerdə vətənin adına başucalığı gətirib
SSRİ dönəmində Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutunda çox görkəmli iqtisadçı alimlər çalışırdılar. Nəşriyyat və informasiya şöbəsinin müdiri Şəddat Cəfərovun da onların arasında öz yeri vardı. Alim və nəşriyyat işinin rəhbəri olmaqdan başqa təşkilatçılıq bacarığı, qayğıkeşliyi və digər xüsusiyyətlərinə görə kollektivdə böyük hörmət qazanmışdı. Bu hörmətə görə kollektiv onu ilk partiya təşkilat katibi seçmişdi. Partkom kimi raykomun iclaslarında tez-tez iştirak edirdi. Belə iclasların birində “Kommunist” nəşriyyatının baş direktoru Nazim Əhmədovla rastlaşır. Nazim müəllim onu özünə müavin aparmaq istədiyini bildirdikdə o etiraz etmiş, işindən razı olduğunu söyləmişdi. Nazim müəllim isə əl çəkmədi. İş Mərkəzi Komitəyə qədər gedib çıxdı. Günlərin birində MK-nın işlər idarəsinin müdiri Balabəy Mirzəcanov Şəddatı öz yanına çağırtdırdı. Görüşəndə onu nəşriyyata direktor müavini göndərmək istədiyini bildirdi. Onda Şəddat institutdan getmək istəmədiyini demişdi. Səbəbini də bildirmişdi ki, doktorluq dissertasiyası yazır. Elmi axtarışlar üçün institutun əlverişli olduğunu söyləmişdi. Onun etirazı Mirzəcanovu təəccübləndirmişdi: - Sən nəşriyyatda doktor yox, akademik də ola bilərsən, - deyə Balabəy müəllim Şəddata tövsiyələrini vermiş, getməyini məsləhət görmüşdü. Dediyim kimi, bu iş MK-da həll olundu. Şəddat köçürmə yolu ilə nəşriyyatda baş direktorun müavini kimi fəaliyyətə başladı. Şəddat Cəfərov bur alim, təcrübəli mütəxəssis olaraq nəşriyyata çox böyük yeniliklər gətirdi. Yeni qəzet korpusu da onun dövründə tikilib istifadəyə verildi. Şəddatın Ulyanovskdakı fəaliyyət dövrü də yaxşı yadımdadır. Orda təkcə nəşriyyat direktoru deyildi, Azərbaycanın bir parçası idi. Əsl vətəndaş odur ki, düşdüyü mühitdən asılı olmayaraq şəxsi keyfiyyətləri ilə nümunə olmağı bacarsın, vətənin adına başucalığı gətirsin. Şəddat həyat eşqi güclü olan insanlardandır. Hamıyla dil tapmağı, ünsiyyət qurmağı bacarır. Ona cansağlığı, həmişə gümrah olmağı arzulayıram.
|
| |
|
|